Klassik qollar, futbolçular və əlamətdar anlarla seçilən La Liqada bu günün tarixinə boylandıq.

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən 1 iyun tarixində baş verən hadisəni təqdim edir:

2013-cü ilin 1 iyunu: Alvaro Neqredo gələcək komandasına 4 qol vurdu.

2013-cü ilin bu günü İspaniya La liqasının sonuncu turunda "Sevilya" "Ramon Sançes Pisxuan stadionu"nda "Valensiya"nı qəbul edirdi. Əndəlüs təmsilçisinin hücumçusu Alvaro Neqredo (hazırkı klubu - "Kadiz") "yarasalar"ın qapısından 4 qol keçirərək Avropanın ən bitirici forvardlarından biri olduğunu sübut etdi. Həmin oyunda "Valensiya" 3 qolla cavab versə də, sonda "Sevilya" 4:3 hesabı ilə qələbəyə sevindi. 

"Valensiya" bu məğlubiyyət ilə UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq şansını itirdi və həmin mövsümü "Real Sosyedad" 4-cü pillədə bitirdi. Növbəti mövsümü "Mançester Siti"də keçirən Neqredo, təxminən 12 aydan sonra 2014-cü ilin sentyabrında icarə əsasında "yarasalar"a qatıldı. Mövsümün bitməsindən sonra isə "Valensiya" ispaniyalı forvardı birbaşa transfer etdi. Alvaro "narıncı-qaralar"la çıxdığı 55 oyunda 10 qola imza atdı.