"Barselona"nın futbolçusu sıradan çıxıb.
Offsideplus.az klubun yaydığı məlumat əsasında xəbər verir ki, Serxi Roberto zədələnib. 29 yaşlı futbolçunun sağ ayağının arxa əzələsi dartılıb. Klub futbolçunun son durumu haqda yaxın saatlarda məlumat yayacaq.
Qeyd edək ki, Serxi cari mövsümdə 15 oyuna çıxıb ki, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.



