“Milan” “Kristal Pelas”ın hücumçusu Jan-Filipe Matetanı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Məlumata görə, İtaliya klubu fransalı forvardı ötən qış transfer pəncərəsində də heyətinə qatmaq istəyib. Lakin futbolçunun dizindəki problemlər səbəbindən tərəflər arasında mümkün transfer baş tutmayıb.

28 yaşlı hücumçunun İngiltərə təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, 2025/26 mövsümündə İngiltərə Premyer Liqasında 12 qol vurub.

Qeyd edək ki, "Mançester Yunayted" də futbolçu ilə maraqlanır.