“Çelsi”nin futbolçusu Enzo Fernandes karyerasını İspaniyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi “Real Madrid”lə anlaşıb. Bu barədə “El Debate” nəşri məlumat yayıb. Klublar arasında danışıqların davam etdiyi bildirilir.

Enzo başa çatan mövsümdə 54 oyunda 15 qol vurub, 7 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi bir neçə ay əvvəl “Real”da oynamaq istədiyini açıqlamışdı.