Ötən gün Ukraya ilə yoxlama oyunu zamanı huşunu itiran Danimarka millisinin kapitanı Kristian Eriksenin durumu məlum olub.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, komandanın həkimi Morten Boesen futbolçunun özünü yaxşı hiss etdiyini deyib:

"Kristian meydanı özü tərk edib. Məncə, kardiostimulyator lazım olduğu kimi işləyir. O, qısa müddətə huşunu itirib, amma çox tez özünə gəlib və biz onunla tez bir zamanda əlaqə saxladıq. İndi o, xəstəxanada daha ətraflı müayinədən keçəcək və hadisənin səbəbini öyrənəcək. Biz onunla və xəstəxanadakı həkimlərlə davamlı əlaqə saxlayırıq. Amma Kristian yaxşı idi və o, məndən bütün oyunçuları salamlamağımı və hər şeyin qaydasında olduğunu deməyimi istədi".

Qeyd edək ki, Eriksenin huşunu itirərək yerə yıxılmasından sonra matçın baş hakimi oyunu yarımçıq dayandırıb.