2026/2027 mövsümündə Misli Premyer Liqasında mübarizə aparacaq “Şəfa” ilk transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, müdafiəçi Rauf Hüseynli ilə 2 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, 26 yaşlı sağ cinah müdafiəçisi son olaraq “Kəpəz”in formasını geyinib. O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Qarabağ”ın yetirməsi olan futbolçu karyerası ərzində “Zirə”, “Şamaxı” və “Qəbələ” klublarında da çıxış edib.