Kristian Eriksen Danimarka - Ukrayna oyununda huşunu itirərək yerə yıxılıb.
Offsideplus.az xəbər verir ki, Danimarka Futbol Federasiyası futbolçunun durumu barədə bəyanat yayıb:
"Kristian Eriksenin huşu özünə qayıdıb və hazırda yaxşı hiss edir".
Qeyd edək ki, Avro-2020-nin qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən Danimarka - Finlandiya matçında huşunu itirən danimarkalı futbolçu Kristian Eriksen sonradan əməliyyat edilmiş və hücumçuya kardioverter-defibrillyator (İCD) qoşulmuşdu.


