Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə Avropa Açıq Turnirini Azərbaycan 3 medalla başa vurub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi yarışın son günündə bürünc medal qazanıb.
Gültac Məmmədəliyeva (-52 kq) üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Keytlin Barberi məğlub edib.
Qeyd edək ki, turnirin ilk günündə Fidan Əlizadə (-63 kq) gümüş, Madina Kaisinova (+78 kq) isə bürünc medal əldə etmişdi.


