Joze Mourinyonun "Real Madrid" klubunda əsas planı bəlli olub. 

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis yarım qalan işi tamamlamaq istəyir: Bu isə Çempionlar Liqasını qazanmaqdır. Mourinyonun "Kral klubu"dan gələn təklifi qəbul etməsində əsas səbəb məhz ÇL tituluna yiyələnməkdir. 

Bu barədə "AS" nəşri məlumat yayıb.

Qeyd edək ki, klubun prezidenti seçilən Florentino Perez də 16-cı Çempionlar Liqası titulunu qazanmaq istədiklərini deyib.