"Real Madrid" klubunda prezident seçkisinin nəticələri açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Florentino Perez "Kral klubu"nun rəhbəri olacaq. 79 yaşlı funksioner prezidentliyə digər namizəd Enrike Rikelmeni üstələyib.
O, səslərin 65%-ni toplayaraq yenidən klubun prezidenti olub.
Perez 2030-cu ilədək "Real Madrid"də prezidentlik edəcək.


