İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Yeni Zelandiya ilə keçirilən yoldaşlıq oyunundan (1:0) sonra komandasının çıxışından narazı qaldığını bildirib.
Offsideplus.az "goal.com"a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis xüsusilə ilk hissədəki oyunu tənqid edib. Onun sözlərinə görə, futbolçular mövqelərini tez-tez dəyişib və taktiki plana əməl etməyiblər.
“İlk hissədə həddindən artıq sərbəst oynadıq. Futbolçular lazımi mövqelərdə deyildilər. Bu isə oyunumuzun sürətini aşağı saldı və pressinq qurmağımıza mane oldu”.
Mütəxəssis ikinci hissədə komandasının daha nizam-intizamlı çıxış etdiyini, topa və topsuz oyunda daha aqressiv göründüyünü vurğulayıb.
Qeyd edək ki, bu oyun İngiltərənin DÇ-2026 öncəsi hazırlıq mərhələsi çərçivəsində keçirilib.


