Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda bu gün yarımfinal oyununa çıxacaq. 

Offsideplus.az xəbər verir ki, baş məşqçi Ratomir Deliçin rəhbərlik etdiyi komandamız ABŞ ilə qarşılaşacaq. Sözügedən görüş saat 19:30-da baş tutacaq. 

Qeyd edək ki, A qrupunda mübarizə aparan Azərbaycan millisi Madaqaskar, Çexiya və Polşanı məğlub edib. Yığmamız yalnız Niderland kollektivinə uduzub. 

Milli pley-ində Litvanı, 1/4 finalda isə Almaniyanı mübarizədən kənarlaşdırıb.