İyunun 8-də Azərbaycan milli komandasının açıq məşqi və baş məşqçi Ayxan Abbasovun mətbuat konfransı keçiriləcək.

Offsideplus.az xəbər verir ki, millimizin Avstriyada təlim-məşq toplanışı davam edir. Azərbaycan milli komandasının iyunun 9-da San Marino yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşü öncəsi təşkil olunacaq mətbuat konfransı saat 20:30-da, açıq məşqi isə 21:30-da baş tutacaq. 

8 iyun

Azərbaycan milli komandası

20:30. Mətbuat konfransı

21:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq