Futbol üzrə İtaliya milli komandasının yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, tanınmış insayder Canluka Di Marzionun yaydığı məlumata görə, bu post Roberto Mançiniyə həvalə olunacaq.

Bildirilir ki, tərəflər arasında artıq razılıq əldə olunub. İddiaya görə, Mançini ilə İtaliya Futbol Federasiyası arasında 2030-cu ilə qədər müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Roberto Mançini 2018-ci ildən 2023-cü ilə qədər İtaliya milli komandasını çalışdırıb. Onun rəhbərliyi altında komanda 2020-ci il üzrə Avropa çempionatının qalibi olub.