"Atletiko"nun hücumçusu Aleksandr Sörlot karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Yuventus" norveçli futbolçunu transfer etmək istəyir. Bu barədə La Gazzetta dello Sport nəşri məlumat yayıb.

A Seriyası nəhəngi Sörlotla 3+1 illik müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında anlaşma əldə olunsa, 30 yaşlı forvard "Yuventus"a keçəcək.

Norveç millisinin üzvü 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 54 rəsmi matçda 20 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.