İbrahima Konate "Real"a transfer olundu.

Offsideplus.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. Bildirilib ki, 27 yaşlı fransalı müdafiəçi Madrid klubu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.

Konate transferi klub prezidenti Florentino Perezin seçki kampaniyası dövründə vəd etdiyi əsas keçidlərdən biri kimi təqdim olunub.

Futbolçu hazırda Fransa millisinin düşərgəsindədir və 2026-cı il Dünya Kubokuna hazırlığını davam etdirir.

Qeyd edək ki, Konate ötən ay "Liverpul"u azad agent kimi tərk edib.