"Bayer Leverkuzen"in müdafiəçisi Alexandro Qrimaldonun elçiləri çoxalıb.
Offsideplus.az xəbər verir ki, "Atletiko" və "Barselona" bu futbolçunu transfer etmək niyyətindədir.
Müdafiəçinin özü də İspaniyada oynamağa həvəslidir. 30 yaşlı futbolçunu satmaq üçün "Bayer" 10 milyon avro tələb edir.
Qeyd edək ki, Qrimaldo 2023-cü ilin yayından Almaniyada forma geyinir. İspaniya millisinin üzvünün klubu ilə müqaviləsi gələn mövsümün yayında başa çatır.
Xatırladaq ki, "Atletiko" və "Barselona" Julian Alvarez üçün də transfer mübarizəsindədir.


