“Real Madrid” Rodri ilə maraqlanması barədə xəbərləri təkzib edib.

Offsideplus.az xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin yay transfer pəncərəsində “Real Madrid”ə keçə biləcəyi ilə bağlı iddialar yayılmışdı. Lakin Madrid təmsilçisi bu xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Klub rəhbərliyi ispaniyalı futbolçunun keyfiyyətlərini yüksək qiymətləndirsə də, onun komandanın gələcək planlarında yer almadığını açıqlayıb. Bildirilir ki, Rodrinin son dövrdə aldığı ön çarpaz bağ (ACL) zədəsi də vəziyyətə müsbət təsir göstərməyib.

Beləliklə, hazırkı mərhələdə Rodrinin “Real Madrid”ə transferi gündəmdə deyil.