“Real Madrid”in braziliyalı ulduzu Vinísius Juniorun karyerasını Səudiyyə Ərəbistanında davam etdirmə ehtimalı gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, “Əl-Əhli” klubu futbolçuya mövsüm üçün 1 milyard avro dəyərində sensasion müqavilə təklif edib. Bildirilir ki, artıq Vinísiusun ətrafı ilə klub rəhbərliyi arasında ilk təmaslar qurulub.

Qeyd olunur ki, “Real Madrid”lə yeni müqavilə danışıqları hazırda dayanıb. Bu vəziyyət yay transfer pəncərəsində gözlənilməz gedişatın yaşana biləcəyi ehtimallarını gücləndirir.

Əgər tərəflər razılığa gələrsə, Vinísius Junior dünya futbolu tarixində ən bahalı müqavilələrdən birinə imza atan oyunçu ola bilər.