Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında Azərbaycan klubu "Sumqayıt" Macarıstan təmsilçisi "Fehervar"la qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, "Sostoi” stadionunda baş tutan oyunda hesab açılmadı - 0:0. Beləliklə, Sumqayıtda 2:1 hesabla qələnə qazanan macarlar növbəti mərhələyə vəsiqə qazandılar.
Matçda "Offside"a düşən maraqlı məqamları təqdim edirik:
* Oyunu təqribən 50-yə yaxın azərbaycanlı azarkeş izləyirdi.
* İlk hissədə təmsilçimiz rəqib qapısına bir dəqiq zərbə belə endirə bilmədi.
* İkinci hissənin ortalarında "Sumqayıt" ardıcıl 4 künc zərbəsi yerinə yetirdi. Bu zaman həyacanlanan Samir Abasov yerdə oturaraq epizodları seyr etdi.
* 84-cü dəqiqəsindən etibarən "Fehervar" oyunu 10 nəfərlə davam etdirməyə məcbur oldu. Çünki meydana yeni daxil olan Gergo Ominqer zədələndi. "Fehervar"ın məşqçisi 5 əvəzetmə haqqında istifadə etdiyindən rəqib görüşü 10 nəfərlə davam etdirmək məcburiyyətində qaldı.
* "Fehervar"la görüşün sonlarında meydana daxil olan Uğur Cahangirov 2023/24 mövsümündə yalnız Azərbaycan Kubokunun 1/4 finalında "Neftçi" ilə cavab matçında oynamışdı. Həmin qarşılaşmada cəmi 1 dəqiqə çıxış etmişdi. Macarlarla matçda meydanda olduğu 4 dəqiqə ərzində 1 təhlükəli epizod yarada bildi.
* "Sumqayıt" 2024/25 mövsümündə qələbə qazanmayan yeganə Azərbaycan təmsilçisi kimi yadda qaldı.