Sabah Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında "Fehervar" "Sumqayıt"ı qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, bu gün qarşılaşmadan öncə mətbuat konfransında Rövlan Muradov iştirak edib. 

Millimizin üzvü görüş haqda bunları söyləyib:

"İlk oyunu unutmuşuq. Maksimumuzu komanda şəklində meydanda qoymalıyıq. Baş məşqçimiz də bizə inanır. Ağır oyun olacaq. Fürsətlərdən maksimum yararlanmağa çalışacağıq. İnam qələbənin yarısıdır. Bizə dəstək olanlara, inananlara təşəkkür edirəm. İnşallah, sevinən tərəf biz olarıq".