Məlum olduğu kimi, "Qəbələ"nin UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

 "Qırmızı-qaralar" bu raundda Kiprin "Omoniya" klubu ilə qarşılaşacaq.

Bugünlərdə Rövlan Muradov, Felipe Santos və bir neçə əsas oyunçusu ilə yolları ayıran əyalət təmsilçisində heyət sarıdan vəziyyət gərgindir.

Heyəti komplektləşdirmək üçünsə çox az vaxt qalır.

Bəs, "Qəbələ" "Omoniya" ilə oyuna necə hazırlaşır?

Bölgə klubunun mərkəz müdafiəçisi Murad Musayev Offsideplus.az-a açıqlamasında hazırda rəqibi düşünməkdən çox, heyət qurmalı olduqlarını bildirib:

"Hazırda elə vəziyyətdəyik ki, rəqibi düşünə bilmirik. Durumumuzu bilirsiniz. Hələ heyəti komplektləşdirək, sonrasına baxacağıq".

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Offsideplus.az