“Qarabağ”ın futbolçusu Kadi Borqes Konfrans Liqasının pley-off mərhələsinin "Marsel"lə cavab qarşılaşması öncəsi bu oyun haqda fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, brazilyalı  yarımmüdafiəçi matça hazır olduqlarını vurğulayıb:

"Bizi ağır matç gözləyir. "Marsel" çox güclü kollektivdir. Buna ilk oyunda şahid olduq. Fransadakı oyunu təhlil edib, səhvlərimiz üzərində işləmişik. İnanıram ki, oradakı səhvləri təkrar etməyəcəyik. Öz gücümzə bələdik. Hesabda geri olsaq da, bunu leyihimizə dəyişmək imkanımız var. Sona kimi mübarizə aparacağıq".

 

Xatırladaq  ki, qarşılaşma sabah Tofiq Bəhramov adına Respublika Stadionunda  baş tutacaq. Oyun 21:45-də start götürəcək