Polşanın Vrotslav şəhərinin meydanlarından birində "Çelsi" və "Real Betis" azarkeşləri arasında kütləvi iğtişaş baş verib.
Offsideplus.az xəbər verir ki, fanatlar bir-birinə su qabları, stəkanlar, hətta yaxınlıqdakı restotanların stullarını atıblar.
Polis yalnız bibər qazının köməkliyi ilə vəziyyəti nəzarətə götürən bilib.
Buna baxmayaraq, Vrotslavın digər rayonlarında azarkeşlər arasında dava davam edib.
Qeyd edək ki, "Çelsi" və "Real Betis" bu gün UEFA Konfrans Liqasının finalında Vrotslavda yerləşən "Tarçinski Arena"da qarşılaşacaq.