"Milan"ın əfsanəvi kapitanı Franko Barezi dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, o, 66 yaşında həyata gözlərini yumub.
Barezi futbolçu karyerası boyunca yalnız "Milan"da çıxış edib. O, "rossoneri"nin uzun müddət kapitanı olub.
İtaliya yığmasının heyətində isə 81 oyuna çıxıb və 1982-ci ildə dünya çempionu olan heyətdə yer alıb.
Barezi karyerasını başa vurandan sonra 6 nömrəli forması "Milan" tərəfindən təqaüdə çıxarılıb.


