Dünənki oyunlardan sonra Azərbaycanın UEFA reytinqindəki yeri dəyişməyib.
Offsideplus.az xəbər verir ki, hazırda 21 min 187 xalla 26-cı yerdəyik. Bizdən bir pillə yuxarıda olan İsrailin aktivində 22 min 125 xal var.
Qeyd edək ki, "Neftçi" və "Zirə"nin Konfrans Liqasında mübarizəni dayandırmasından sonra Azərbaycanın avrokuboklarda mübarizəyə davam edən iki klubu qalıb: "Sabah" (Çempionlar Liqası) və "Qarabağ" (Konfrans Liqası).


