Bu gün UEFA Konfrans Liqasının qalibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada İspaniyanın "Real Betis" klubu İngiltərənin "Çelsi" komandasına qarşı mübarizə aparıb.

Polşanın Vrotslav şəhərində  keçirilən oyunun birinci hissə ispanların xeyrinə başa çatıb.

Fasilədən sonra təşəbbüsə yiyələnən "Çelsi" 25 dəqiqəyə 4 qol vuraraq əzmkar qələbə sayəsində kuboka sahib çıxıb.

Bununla da, London təmsilçisi tarixi uğura imza atıb. "Çelsi" qitəmiqyaslı yarışların hamısında (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) qalib gələn ilk klub olub.

UEFA Konfrans Liqası, final

23:00 "Real Betis" - "Çelsi" 1:4

Abde Azzelzouli, 9 - Entso Fernandes, 65; Nikolas Cekson, 70; Ceydon Sanço, 83; Moyzes Kaysedo, 90+1

Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)

"Tarçinski Arena", Vrotslav, Polşa