"Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Offsideplus.az-ın məlumatına görə, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandası ilə qarşılaşıb. Saat 20:00-da başlayan matçı estoniyalı FIFA referisi Kristo Tover idarə edib.

İlk qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınan cavab oyununda "Qarabağ" Kadinin qolu sayəsində qalib gəlib. Ağdam təmsilçisi pley-offda "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) matçının güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında birinci qarşılaşma Şotlandiya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunu

20:00. "Qarabağ" - AEL (Kipr) 1:0 (Kadi, 87.)

Hakimlər: Kristo Tover, Silver Koyv, Step Klaasen, Karl Koppel (Estoniya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 1:1