Konfrans Liqasının III təsnifat mərhələsinin AEL "Qarabağ" komandaları arasında keçirilmiş ilk oyunu ilə bağlı UEFA  intizam işi açıb.

Offsideplus.az "Report"-a istinadən xəbər verir ki, bu barədə qurumun Nəzarət, Etika və İntizam Komitəsindən məlumat verilib. Belə ki, meydançaya yad cisimlərin atılması və yerli azarkeşlərin iğtişaş törətməsi barədə Limassol təmsilçisinə qarşı iki ittiham irəli sürülüb. 

Qeyd edək ki, 5 avqust tarixində "AEK Arena"da keçirilən qarşılaşmada Abdullah Zubirin bərabərlik qolundan sonra rəqib azarkeşlər özündən çıxıb. Qurban Qurbanova türk dilində söyüşlər söyən və qeyri-etik hərəkətlər edən tərəfdarların bu hərəkətindən sonra hakim oyunu dayandırıb. Bir müddət sonra ara sakitləşəndən sonra matç qaldığı yerdən davam edib.