Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda AEL - "Qarabağ" (1:1) matçı baş tutub.
Offsideplus.az "Report"a istinadən xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında AEL komandasının baş məşqçisi Duşan Kerkez fikirlərini bölüşüb.
"90 dəqiqə yaxşı oynaya bilmərsən. Hansı rəqibə qarşı çıxış etdiyimizi bilirdik. "Qarabağ" daim avrokubokların qrup mərhələsinə vəsiqə qazanır. Matçda çox qol imkanları yox idi. Növbəti mərhələ üçün hər şeyi edəcəyik. Turu keçmək şansımız var. Bugünkü oyundan dərs aldıq. Təcrübəli komanda ilə qarşılaşdıq. Sonda qol buraxmağımız yaxşı deyil. Azarkeşlərə təşəkkür edirəm. Amma daha çoxunu gözləyirəm. AEL fanatlarını tanıyıram".
Qeyd edək ki, cavab oyunu bir həftə sonra Bakıda olacaq.



