UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ" sabah saat 21:00-da AEL-lə üzləşəcək.
Offsideplus.az "Report"a istinadən xəbər verir ki, AEL - "Qarabağ" matçından öncə baş tutan mətbuat konfransında "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.
"Maraqlı komandaya qarşı oynayacağıq. AEL-in heyətində yüksək səviyyəli futbolçular olsa da, Limassol təmsilçisi komanda oyunu sərgiləyir. Mənim üçün bu cür rəqibə qarşı oynamaq maraqlıdır. Futbolçular isə daha peşəkar davranmalıdırlar. Hər oyunçu ilə ayrılıqda danışıb, rəqib barədə məlumat vermişik. Ümid edirəm ki, onlar oyuna hazırdır".
"Riçard Almeyda Qasparla müqayisədə daha yaxşı vəziyyətdədir. İkincinin hazır olmaq üçün daha bir həftə vaxtı var. Məşqçilər və həkimlərlə məsləhətləşirik. Hər şey yaxşı olsa, bir neçə dəqiqə oynayacaq".



