AEL - "Qarabağ" cütünün qalibinin Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz limassolluları mübarizədən kənarlaşdıracağı halda, həlledici mərhələdə  aşağıdakı komandalardan biri ilə qarşılaşacaq.

"Pakoş de Ferreyra" (Portuqaliya) - "Larn" (Şimali İrlandiya)

ÇSKA (Bolqarıstan) - "Osiyek" (Xorvatiya)

"Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya)

"Çukariçki" (Serbiya) - "Hammarbü" (İsveç)

Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi 2 avqust tarixində keçiriləcək.