"Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində üzləşəcəyi AEL-lə (Limassol) oyuna ciddi itkilərlə çıxacaq.
Offsideplus.az xəbər verir ki, zədə və cəza səbəbindən 4 futbolçu Kipr təmsilçisinə qarşı oynaya bilməyəcək. Ən pisi isə hamısının müdafiçəsi olmasıdır. Belə ki, Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov zədəli olduqlarına görə oyunu kənardan izləmək məcburiyyətindədirlər. Maksim Medvedev isə "Aşdod"la Bakıdakı ilk oyunda aldığı qırmızı vərəyə görə cəzalı duruma düşüb.
Qeyd edək ki, komandalar arasındakı ilk görüş avqustun 5-də Kiprdə keçiriləcək. Cavab matçı isə bir həftə sonra Bakıda oynanılacaq.



