Türkiyəni UEFA Avropa Konfrans Liqasında təmsil edən “Samsunspor” klubu evdə “Şkendiya” ilə qarşılaşdı.
Offsideplus.az xəbər verir ki, səfərdəki ilk oyunu 1-0 qazanan qırmızı-ağlılar, ev oyununda da rəqibini 4-0 məğlub edərək adlarını 1/8 final mərhələsinə yazdırdı.
“Samsunspor” “Şkendiya”nı evdə də məğlub edərək Konfrans Liqasında növbəti mərhələyə yüksəldi. Qələbə qollarını Oliver Ntcham, Çerif Ndiaye və Marius Muandilmadji (2) vurdu.
Qaradeniz təmsilçisinin növbəti rəqibi “Rayo Vallekanо” və ya “Şaxtyor Donetsk” olacaq.



