Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın 3 komandası qələbə uğrunda mübarizə aparıb.

 "Sabah" səfərdə "Makkabi"ni 0:3 hesabla məğlub edib. "Zirə" Mərdəkanda "DAK 1904" komandasını 4:0 hesabla darmadağın edib, "Sumqayıt" isə azarkeşləri önündə rəqibinə uduzub: 1:2.

Konfrans Liqası
II təsnifat mərhələsi ilk

25 iyul

20:00 Sumqayıt – Fehervar 1:2 

Qollar: Səbuhi Abdullazadə, 20. - Tobias Kristensen, 39. Spandler, 52. 

Qırmızı vərəqə: Xaçayev, 32.

20:30 Zirə – DAC 1904 4:0
Qollar:
Rafael Utziq, 29, Martins Junior, 31, David Volkov, 51, 53

21:15 Makkabi (Hayfa, İsrail) – Sabah 0:3 

Şafranko, 62. Sekidika, 78. Xəyal Əliyev, 88.