Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Sabah” və “Sumqayıt”ın da rəqibləri bəlli olub.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada "Sabah" Hayfa "Makkabi"sinə (İsrail) rəqib olub. "Sabah" ilk oyununu səfərdə keçirəcək.
"Sumqayıt" isə bu mərhələdə “Fehervar”la (Macarıstan) qarşılaşacaq. "Sumqayıt" ilk matçını öz meydanında keçirəcək.
Qeyd edək ki, 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.