İspaniya La Liqasının 31-ci turunun matçında "Eybar" "Valensiya"ya qalib gəlib.

Offsideplus.az xəbər verir ki, qarşılaşma Eybarın "Munisipal de İpurua" stadionunda keçirilib və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 16-cı dəqiqəsində "Valensiya"nın yarımmüdafiəçisi Joffrey Kondoqbia topu öz qapılarına vurub. Oyun avtoqolla da başa çatıb.

"Eybar" 32 xal toplayaraq, yarış cədvəlində 17-ci yer tutur. "Valensiya" 46 xalla 8-ci yerdə qərarlaşıb.