"Real"ın baş məşqçisi Karlo Ançelotti Vinisius barədə maraqlı fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, informasiyanı "Goal" nəşri yayıb. Mütəxəssis təcrübəli futbolçu ilə bağlı bunları söyləyib:

"İkinci hissədə Vinisius kimi çıxış edən oyunçuya çox nadir hallarda rast gəlinir. O, təkcə vurduğu qollarla deyil, həm də qeyri-adi oyun xarakteri ilə kömək oldu. Düşünürəm ki, o, keçən il bizə verdiyi töhfə, Çempionlar Liqasını qazanmağımıza kömək etdiyinə görə "Qızıl top"u qazanacaq".

Qeyd edək ki, dünən "Real" evində "Dortmund" Borussiyası ilə qarşılaşıb və 5:2 hesabı ilə qələbə qazanıb.