UEFA Avropa Liqasının 3-cü turunda “Fənərbağça” sabah "Mançester Yunayted”i qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın futbolçusu Antoni klub televiziyasına matçla bağlı açıqlama verib. Təcrübəli oyunçu bunları söyləyib:
"Fred çox yaxşı oyunçu və əla insandır. Onunla, eyni zamanda əvvəllər birlikdə oynadığım Tadiçlə də danışmaq şansım olacaq. Öz oyunumuza və məşqdə etdiklərimizə diqqət etməliyik. Əks halda, matçda istədiyimizi edə bilmərik. Joze Mourinyo böyük məşqçidir və hörmətə layiqdir. O, böyük klublarda çalışıb".