"Arsenal’ın baş məşqçisi Mikel Arteta, Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Şaxtyor"u 1:0 hesabı ilə məğlub etdikləri qələbəni dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, onun fikirlərini UEFA-nın rəsmi saytı yayıb. Mütəxəssis matçla bağlı bunları söyləyib:
"İki tamamilə fərqli hissə keçirdik. İlk yarıda üstünlük bizimdə idi. Sürətli hücumlar qurduq və əla qol şansları yaratdıq, amma bunları reallaşdıra bilmədik. Bu turnirdə rəqibin cərimə meydançasında effektiv olmaq çox vacibdir. İkinci yarıda isə komandanın yorulduğunu hiss etdim. Hərəkətlilik azaldı və topla inamsız oynamağa başladıq. Qısacası, istədiyimiz oyunu ortaya qoya bilmədik".