Çəkinmirik, məğlubiyyətlər də görmüşük. 

Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, Avropa Liqasında Niderlandın "Ayaks" komandası ilə oyundan əvvəl mətbuat konfransında belə deyib.

Təcrübəli mütəxəssis, tanınmış klubla qarşılaşacaqlarını qeyd edib:

"Rəqib dünya futbolunda tanınmışdır. "Ayaks" futbolun inkişafında əhəmiyyətli rol oynamışdır. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Futbolçuların hazırlıq səviyyəsi qənaətbəxşdir və onlar həvəsli görünürlər. Azarkeşlərin razı qalacağına əminəm, bu da bizim üçün önəmlidir".

Qurban Qurbanov, Marko Veşoviş və Mateus Silvanın bu görüşdə oynayamayacağını bildirib:

"Belə klubların Bakıya gəlişi futbolumuza olan sevginin artması və inkişaf üçün böyük bir stimul yaradır. Gənc oyunçular, nəhəng klubların Azərbaycana gəldiyini görərək futbola olan sevgilərini daha da artıracaqlar. Bizim də geniş təcrübəmiz var. Böyük klublarla qarşılaşmışıq. Çəkinmirik, məğlubiyyətlər də yaşamışıq. Gələcəyə nikbin baxmaq və irəliləmək istəyiriksə, bu cür komandalarla oynamaqdan imtina etməməliyik. Belə rəqiblə necə düzgün oynamağı düşünməliyik. Rəqib güclü bir kollektivdir, dinamik və ağıllı futbol oynayırlar. Onlarla mübarizə aparacağıq və onlardan bir çox şey öyrənəcəyik".

Xatırladaq ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Qarabağ" ilə "Ayaks" arasında keçiriləcək matç oktyabrın 24-də Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.