Avropa Liqasının əsas mərhələsinin VI turunda "Qarabağ" səfərdə "Elfsborq"a məğlub oldu - 0:1.

Offsideplus.az xəbər verir ki, bu məqam Rusiya mətbuatının da diqqətini cəlb edib. 

"Спорт-Экспресс” nəşri Azərbaycan çempionunun məğlubiyyəti ilə bağlı məqalə dərc edib:

"İsveçdəki matç əslində “Qarabağ”ın pley-offa çıxmaq uğrunda mübarizəyə müdaxilə etmək üçün son şansı idi. Fasilədən öncə tərəzi istənilən istiqamətə dönə bilərdi. Belə ki, Azərbaycan klubunu bir hücumda qapı dirəyi xilas etdi. Buna cavab olaraq Juninyonun başla vurduğu zərbə qapıdan santimetrlərlə yan keçdi. “Elfsborq” pley-offa ümidsizcəsinə yapışır, Qurban Qurbanovun komandası isə altı oyundan sonra cəmi üç xalı var və qarşıda FKSB və “Olimpiakos”la oyunlar gözləyir”.