"Fənərbağça" və "Beşiktaş"da forma geyinmiş futbolçu karyerasına bu klubun baş məşqçisi kimi davam edəcək.

Offsideplus.az xəbər verir ki, Mert Nobre Şimali Makedoniya təmsilçisi "Qostivar"ı çalışdıracaq. 

Komandada bir müddət "sarı-lacivərdlilər"in şərəfini qorumuş Alper Potuk, Nabil Dirar və Erten Ersu çıxış edir.