"Yuventus" qapıçı Mattiya Perin ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az-ın xəbərinə görə, bu məlumat klubun mətbuat xidməti tərəfindən yayımlanıb.

31 yaşlı qolkiperin 3 illik müqavilə imzaladığı qeyd edilib.

Qeyd edək ki, Perin 2018-ci ildən "Yuventus"da çıxış edir. Cari mövsümdə isə o, komandanın heyətində 4 oyun keçirib.