II Liqanın VIII turunda "Hypers Guba" "Şahdağ Qusar"a məğlub olub - 3:1.
Offsideplus.az xəbər verir ki, AFFA İntizam Komitəsi görüşdə baş verənlərlə bağlı qərarlar qəbul edib.
Görüşün 88-ci dəqiqəsində qonaqların üzvü Firuz Əhmədov ikinci sarıdan qırmızı vərəqə alıb. Bu səbəbdən də oyunçu 1 oyunluq cəzalanıb, klub isə 50 manat cərimə olunub.
Bundan əlavə, həm "Hypers Guba"nın, həm də "Şahdağ Qusar"ın azarkeşləri görüş ərzində pirotexniki vasitələrdən istifa ediblər. Bu səbəbdən də AFFA İntizam Komitəsi hər iki klubu 150 manat cərimələyib.