II Liqa klubunda problemlər var. Avqustun 31-dən etibarən çempionatın oyunları başlayacaq. Amma, bir komanda liqada iştirak etməyə bilər.
Offsideplus.az xəbər verir ki, söhbət "Ağdaş"dan gedir. Bölgə təmsilçisinin baş məşqçisi Ruslan Hüseynov saytımıza açıqlamasında məlumatı təsdiqlədi:
"Liqada iştirak edəcəyimiz hələ dəqiq deyil. Həftənin sonuna kimi bilinəcək".