"US Open" tennis turnirində qadınların mübarizəsi başa çatıb.
Offsideplus.az xəbər verir ki, final qarşılaşmasında Arina Sabalenka və Amanda Anisimova üz-üzə gəlib.
Sabalenka hər iki seti qazanaraq çempionluğu əldə edib - 6:3, 7:6 (3).
Bu, belaruslu tennisçinin 2-ci "US Open" titulu olub. Ümumilikdə isə 4-cü "Böyük Dəbilqə"sini qazanıb.
Maraqlıdır ki, o, 4 kuboku da sərt kortda əldə etməyi bacarıb.
Qeyd edək ki, kişilərin çempionu bu gün məlum olacaq. Yannik Sinner - Karlos Alkaras görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.



