Azərbaycanlı paralimpiya çempionu Şəhanə Hacıyevaya yeni vəzifə verilib.
Offsideplus.az xəbər verir ki, o, Fövqəladə Hallar Nazirliyində (FHN) Sumqayıt Regional Mərkəzinin Maarifləndirmə sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilib.
Bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb.
Qeyd edək ki, Şəhanə Hacıyeva (48 kq) 2021-ci ildə keçirilmiş Tokio Yay Paralimpiya Oyunlarında cüdo yarışında qızıl medal əldə edib.



