ABŞ-da keçirilən Sinsinnati tennis turnirində qaliblər məlum olub.
Offsideplus.az xəbər verir ki, kişilərin həlledici qarşılaşmasında dünyanın 1 və 2 nömrəsi üz-üzə gəlib.
Yannik Sinner - Karlos Alkaras dueli ilk setdəcə başa çatıb. Alkaras hesabda 5:0 öndə ölərkən Sinner görüşü davam etdirə bilməyib.
Beləliklə, ispaniyalı tennisçi Sinsinnati də ilk çempionluğunu qazanıb. O, son 7 oyunun 6-da dünya 1 nömrəsini məğlub etməyi bacarıb.
Qadınların mübarizəsində isə finalda İqa Şvyontek və Jasmin Paolini qarşılaşıb. Şvyontek set vermədən qələbə qazanıb - 7:5, 6:4.
Polşalı tennisçi bu titulla ümumilikdə 24-cü çempionluğunu əldə edib.
Qeyd edək ki, mövsümün sonuncu "böyük dəbilqə"si olan US OPEN avqustun 24-də start götürəcək.



