Uimbldonda kişilərin mübarizəsində sonuncu 1/4 finalçı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu, dünya 1 nömrəsi Yannik Sinnerdir. O, Qriqor Dimitrovla görüşdə setlərdə 0:2 hesabı ilə geri olmağına baxmayaraq bolqar tennisçinin zədəsinə görə sonda sevinən tərəf olub.

Dimitrov zədəsi ucbatından 3-cü set davam edərkən oyundan çəkilməli olub. O, ardıcıl 5-ci "Böyük Dəbilqə"də görüşü tamamlaya bilmədən mübarizəni dayandırıb.

Sinnerın 1/4 finaldakı rəqibi Ben Şelton olacaq. Şelton öncəki mərhələdə daha bir italiyalı Lorentso Soneqonu məğlub edərək son səkkizliyə adını yazdırıb.